Muxtəsər təfsir
أَشِحَّةً عَلَيْكُمْ ۖ فَإِذَا جَآءَ ٱلْخَوْفُ رَأَيْتَهُمْ يَنظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَٱلَّذِى يُغْشَىٰ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ ۖ فَإِذَا ذَهَبَ ٱلْخَوْفُ سَلَقُوكُم بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلْخَيْرِ ۚ أُو۟لَـٰٓئِكَ لَمْ يُؤْمِنُوا۟ فَأَحْبَطَ ٱللَّهُ أَعْمَـٰلَهُمْ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا ﴿١٩﴾
Ey möminlər! Onlar sizə qarşı xəsislik edib öz mallarından sizə yardım etmirlər. Həmçinin, canları ilə xəsislik edib sizinlə birlikdə vuruşmurlar. Habelə, dostluq baxımından xəsislik edib sizinlə dost olmurlar. Düşmənlə qarşılaşdıqda onlara qorxu gəldiyi zaman, ölüm ayağında bayılan adam kimi, qorxudan dönüb sənə baxdıqlarını görürsən, ey Peyğəmbər. Qorxu keçib getdikdə və arxayın olduqda isə qənimətə tamah salıb onu tələb etmək xüsusunda acı dilləri ilə sənə əziyyət verirlər. Bu vəsfləri özlərində əks etdirən o kəslər haqqı ilə iman gətirməmişlər. Odur ki, Allah onların əməllərininin savabını puç etmişdir. Onların əməllərininin savabını puç etmək Allah üçün asandır.