Muxtəsər təfsir
مِّنَ ٱلْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا۟ مَا عَـٰهَدُوا۟ ٱللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُم مَّن قَضَىٰ نَحْبَهُۥ وَمِنْهُم مَّن يَنتَظِرُ ۖ وَمَا بَدَّلُوا۟ تَبْدِيلًا ﴿٢٣﴾
Möminlər arasında Allaha verdikləri əhdə sadiq qalan kişilər var. Onlar Allaha verdikləri sözün üstündə möhkəm durmuş və Allah yolunda olan cihadda səbir etmişlər. Onlardan kimisi əhdini yerinə yetirib Allah yolunda şəhid olmuş, kimisi də Onun yolunda şəhid olmasını gözləyir. O möminlər Allaha verdikləri əhdi əsla dəyişdirməyiblər, onlar əhdlərini pozan münafiqlər kimi deyillər.