Muxtəsər təfsir
إِنَّ ٱلْمُسْلِمِينَ وَٱلْمُسْلِمَـٰتِ وَٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ وَٱلْقَـٰنِتِينَ وَٱلْقَـٰنِتَـٰتِ وَٱلصَّـٰدِقِينَ وَٱلصَّـٰدِقَـٰتِ وَٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰبِرَٰتِ وَٱلْخَـٰشِعِينَ وَٱلْخَـٰشِعَـٰتِ وَٱلْمُتَصَدِّقِينَ وَٱلْمُتَصَدِّقَـٰتِ وَٱلصَّـٰٓئِمِينَ وَٱلصَّـٰٓئِمَـٰتِ وَٱلْحَـٰفِظِينَ فُرُوجَهُمْ وَٱلْحَـٰفِظَـٰتِ وَٱلذَّٰكِرِينَ ٱللَّهَ كَثِيرًا وَٱلذَّٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا ﴿٣٥﴾
Həqiqətən, Allaha itaət etməklə ona boyun əyən kişilər və boyun əyən qadınlar, Allaha sidq-ürəkdən inanan kişilər və sidq-ürəkdən inanan qadınlar, Allaha itaət edən kişilər və itaət edən qadınlar, imanında və sözündə dürüst olan kişilər və dürüst olan qadınlar, itaətdə, günah işlərdən çəkinməkdə və müsibət gəldikdə səbirli olan kişilər və səbirli olan qadınlar, mallarından həm fərz (zəkat), həm də müstəhəb olaraq sədəqə verən kişilər və sədəqə verən qadınlar, Allah üçün həm vacib, həm də nafilə oruclarını tutan kişilər və qadınlar, naməhrəm yanında zinətlərini gizlədərək, habelə, zinadan və ona yaxınlaşdıran hər bir murdar əməldən uzaq durmaqla ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, həmçinin, qəlbləri və dilləri ilə, həm gizlində, həm də aşkarda Allahı çox zikr edən kişilər və qadınlar üçün - Qiyamət günü Allah tərəfindən onların günahlarının bağışlanması üçün məğfirət və böyük mükafat - Cənnət hazırlamışdır.