Muxtəsər təfsir
هُوَ ٱلَّذِى يُصَلِّى عَلَيْكُمْ وَمَلَـٰٓئِكَتُهُۥ لِيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ ۚ وَكَانَ بِٱلْمُؤْمِنِينَ رَحِيمًا ﴿٤٣﴾
Allah sizə rəhm edir və sizi tərifləyir, üstəlik, Onun mələkləri də sizin üçün dua edirlər ki, sizi küfr zülmətindən iman nuruna çıxartsın. Allah möminlərə qarşı Rəhmlidir. Əgər onlar Allaha itaət etsələr, Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinsələr, Allah onlara əzab verməz.