Muxtəsər təfsir
فَأَعْرَضُوا۟ فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ ٱلْعَرِمِ وَبَدَّلْنَـٰهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَىْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَىْءٍ مِّن سِدْرٍ قَلِيلٍ ﴿١٦﴾
Lakin onlar Allaha şükür etməkdən və Onun peyğəmbərlərinə iman gətirməkdən boyun qaçırdılar, Biz də verdiyimiz nemətləri əzabla dəyişdirərək onları cəzalandırdıq, onların üstünə, səddlərini dağıdan və əkinlərini batıran güclü sel göndərdik, beləliklə də, onların iki bağçasını acı meyvəli, məhsul verməyən yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.