×
سبأAyə 23

Muxtəsər təfsir

وَلَا تَنفَعُ ٱلشَّفَـٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنْ أَذِنَ لَهُۥ ۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمْ قَالُوا۟ مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا۟ ٱلْحَقَّ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ﴿٢٣﴾

Pak və müqəddəs Allahın hüzurunda, Onun izin ver­diyi kəs­lərdən başqa, heç ki­min şə­faəti fay­da verməz. Allah isə Öz əzəmətini göstərmək üçün yalnız razı qaldığı kimsələrə şəfaətçilik etməyə izin verər. Uca Allah, göydə bir söz deyəndə mələklər onun əzəmətinin qorxusundan öz qanadlarını bir-birinə çırparaq, Onun sözünə boyun əyib, itaət etmələri Onun əzəmətindəndir. Nəhayə, onların qəlbin­dən qorxu ke­çib get­dikdə, onlar Cəbraildən: “Rəb­biniz nə buyurdu?”­– deyə soruşar, Cəbrail də onlara belə cavab verər: “O, haqqı buyurdu! O, Öz zatı və hökmranlığı ilə Ucadır, və hər şeydən Bö­yük­dür!”