Muxtəsər təfsir
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَأْتِينَا ٱلسَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّى لَتَأْتِيَنَّكُمْ عَـٰلِمِ ٱلْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَلَآ أَصْغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرُ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ ﴿٣﴾
Allaha küfr edən kimsələr dedilər: “Qiyamət saatı heç vaxt bizə gəlməyəcək!” Ey Peyğəmbər, de: “Xeyr, Allaha and olsun ki, yalan saydığınız o saat sizi mütləq haqlayacaqdır. Lakin onun vaxtını yalnız Allah bilir. Məhz Allah qeybə aid olan qiyamət saatını və başqa bu kimi qeyb məsələlərini bilir. Göylərdə və yerdə qarşıqadan kiçik belə bir şey Ondan gizli qalmaz. Bu deyiləndən daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda - içində qiyamət gününədək baş verəcək hər bir şey haqqında yazılmış lovhi-məhfuzda qeyd edilmiş olmasın.”