Muxtəsər təfsir
قَالُوا۟ سُبْحَـٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِم ۖ بَلْ كَانُوا۟ يَعْبُدُونَ ٱلْجِنَّ ۖ أَكْثَرُهُم بِهِم مُّؤْمِنُونَ ﴿٤١﴾
Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Bizimlə onların arasında heç bir bağlılıq yoxdur. Əksinə, o müşriklər şeytanlara ibadət edirdilər. Şeytanlar özlərini onlara mələk kimi göstərir və onlar da Allahı qoyub şeytanlara ibadət edirdilər. Əksəriyyəti də məhz şeytanlara iman gətirmişdi.”