Muxtəsər təfsir
وَيَرَى ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ ٱلْحَقَّ وَيَهْدِىٓ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ﴿٦﴾
Səhabələrdən və kitab əhlindən iman gətirmiş olan alimlər Allahın sənə nazil etdiyi vəhyin içində şübhə olmayan haqq olduğunu, onun yenilməz güc sahibi olan Qüdrətli, habelə, dünyada və axirətdə Tərifəlayiq olan Allahın yolunu göstərdiyinə şahidlik edirlər.