Muxtəsər təfsir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ جَاعِلِ ٱلْمَلَـٰٓئِكَةِ رُسُلًا أُو۟لِىٓ أَجْنِحَةٍ مَّثْنَىٰ وَثُلَـٰثَ وَرُبَـٰعَ ۚ يَزِيدُ فِى ٱلْخَلْقِ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿١﴾
Həmd, göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq edən Allaha məxsusdur! O Allah ki, mələklərdən, əzəldən qədərə yazılmış əmrləri yerinə yetirmək və peyğəmbərlərə vəhyi çatdırmaq üçün elçilər seçmiş, üstəlik, onlara özlərinə həvalə edilmiş əmanəti ödəmək üçün qüvvət vermişdir. Onlardan bəzisi iki, bəzisi üç, bəzisi də dördqanadlıdır. Onlar bu qanadlarla uçub Rəbbinin əmrlərini yerinə yetirirlər. Allah yaratdıqlarından dilədiyinin əzasını, yaxud gözəlliyini yaxdu da səsini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir, heç kəs Onu aciz edə bilməz.