Muxtəsər təfsir
إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا۟ دُعَآءَكُمْ وَلَوْ سَمِعُوا۟ مَا ٱسْتَجَابُوا۟ لَكُمْ ۖ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ ﴿١٤﴾
Əgər siz öz məbudlarınızı çağırsanız, onlar sizin duanızı eşitməzlər, çünki onlar canı və eşitmə orqanı olmayan bir əşyadırlar. Tutaq ki, duanızı eşitdilər, yenə sizə cavab verə bilməzlər. Onlar qiyamət günü sizin onları Allaha şərik qoşduğunuzu və onlara ibadət etdiyinizi danacaqlar. Ey Peyğəmbər, heç kəs pak və müqəddəs Allah kimi sənə doğru xəbər verə bilməz.