Muxtəsər təfsir
وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخْرِجْنَا نَعْمَلْ صَـٰلِحًا غَيْرَ ٱلَّذِى كُنَّا نَعْمَلُ ۚ أَوَلَمْ نُعَمِّرْكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُ ۖ فَذُوقُوا۟ فَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٍ ﴿٣٧﴾
Onlar orada bərk səslə fəryad qopararaq yalvarıb deyəcəklər: “Ey Rəbbimiz! Bizi Cəhənnəmdən çıxart, dünyada etdiyimiz əməllərin əksi olan saleh əməllər edək ki, Sənin rizanı qazanaq və Sənin əzabından qurtulaq.” Allah da onlara belə buyuracaq: “Məgər orada sizə düşünəcək kimsənin düşünüb tövbə edəcəyi və yaxşı işlər görə biləcəyi qədər uzun ömür verməmişdikmi?! Sizə Allahın əzabı ilə sizi qorxudan Peyğəmbər də gəlmişdi. Bütün bunlardan sonra sizin öz lehinizə nə bir dəliliniz, nə də bir bəhanəniz var. Elə isə dadın Cəhənnəm əzabını! Küfür və asiliklər etməklə özlərinə zülm etmiş kimsələri Allahın əzabından xilas edən və ya bu əzabı yüngülləşdirən bir köməkçi tapılmaz.”