Muxtəsər təfsir
إِنَّ ٱللَّهَ يُمْسِكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ أَن تَزُولَا ۚ وَلَئِن زَالَتَآ إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍ مِّنۢ بَعْدِهِۦٓ ۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا ﴿٤١﴾
Həqiqətən, pak və müqəddəs Allah göyləri və yeri öz mehvərindən çıxmasınlar deyə, tutub saxlayır. Onlar öz mehvərindən çıxacaqları təqdirdə, Allahdan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, həlimdir, günahkar kimsəni dərhal cəzalandırmaz, üstəlik, Öz qullarından Ona tövbə edən kimsənin günahlarını bağışlayar.