Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۖ وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ﴿٥﴾
Ey insanlar! Həqiqətən, Allahın vədi - öldükdən sonra dirilmə və qiyamət günü haqq-hesaba çəkilmə haqdır, buna heç bir şübhə yoxdur. Dünya həyatı və içindəki ləzzətlər sizi aldadıb, saleh əməllər etməklə qiyamət gününə hazırlıq görməkdən yayındırmasın. Tovlayan şeytan da, batili sizə gözəl göstərməklə və dünya həyatını sevdirməklə yoldan çıxartmasın.