Muxtəsər təfsir
وَٱللَّهُ ٱلَّذِىٓ أَرْسَلَ ٱلرِّيَـٰحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَـٰهُ إِلَىٰ بَلَدٍ مَّيِّتٍ فَأَحْيَيْنَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ كَذَٰلِكَ ٱلنُّشُورُ ﴿٩﴾
Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz o buludları heç bir bitki bitməyən bir diyara tərəf qovub, onlardan qurumuş torpağa yağmur endirməklə və orada bitkilər bitirməklə onu canlandırırıq. Biz yer üzünü öldükdən sonra orada bitkilər bitirməklə canlandırdığımız kimi qiyamət günü ölülərin dirildilməsi də belə olacaqdır.