Muxtəsər təfsir
ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدْنِ ٱلرَّحْمَـٰنُ بِضُرٍّ لَّا تُغْنِ عَنِّى شَفَـٰعَتُهُمْ شَيْـًٔا وَلَا يُنقِذُونِ ﴿٢٣﴾
Mən heç məni yaradan Allahdan başqa ibadət olunmağa haqqı çatmayan məbudlar qəbul edərəmmi?! Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, o məbudların şəfaəti mənə heç bir fayda verməz. Belə ki, onlar mənə nə fayda verməyə, nə də zərər vurmağa qadirdirlər. Və əgər Allah mənim küfr üzərində ölməyimə hökm vermişdirsə, onlar məni Allahın istədiyindən xilas edə bilməzlər.