Muxtəsər təfsir
وَمَآ أَنزَلْنَا عَلَىٰ قَوْمِهِۦ مِنۢ بَعْدِهِۦ مِن جُندٍ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ ﴿٢٨﴾
Biz onu yalançı sayıb qətlə yetirmiş qövmünü məhv etmək üçün onların üstünə göydən mələklərdən ibarət bir qoşun göndərmədik. Biz hər hansı bir qövmü məhv etmək istədikdə, onların məhv edilməsi üçün mələklər göndərməyə ehtiyada yoxdur. Onların məhv edilməsi Bizim üçün bundan daha asandır. Biz onların üzərinə əzab mələklərini göndərməklə deyil, göydən gələn bir səslə məhv etməyi qərar verdik.