Muxtəsər təfsir
فَٱلْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْـًٔا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ﴿٥٤﴾
O gün ədalətlə hökm veriləcək və ey Allahın qulları, günahlarınız üzərinə günah artırmaqla, yaxud, savabınızdan bir şey əksiltməklə sizə zülm edilməyəcək. Sizə ancaq dünya həyatınızda etdiyiniz əməllərin əvəzi veriləcəkdir.