Muxtəsər təfsir
وَبَـٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَـٰقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِۦ مُبِينٌ ﴿١١٣﴾
Biz ona və onun oğlu İshaqa Öz tərəfimizdən bərəkət verdik və onlara verdiyimiz nemətləri artırdıq. Bu nemətlərdən bir, onların övladlarını artırmağımız idi. Hər ikisinin nəslində Rəbbinə itaət edib yaxşı iş görənləri də var, küfr və asiliklər etməklə açıq-aydın özlərinə zülm edənləri də.