Muxtəsər təfsir
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ ۖ إِنَّا لَذَآئِقُونَ ﴿٣١﴾
Rəbbimizin (İblisə dediyi): ﴾Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!﴿ [Sad, 85] sözü, həm bizim barəmizdə, həm də sizin barənizdə gerçəkləşdi. Elə buna görə də, biz Rəbbimizin xəbərdar etdiyi əzabı hökmən dadacağıq.