Muxtəsər təfsir
وَوَهَبْنَا لَهُۥٓ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنَّا وَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَـٰبِ ﴿٤٣﴾
Biz onun duasını qəbul etdik, onun başına gəlmiş müsibəti ondan uzaqlaşdırdıq və ona həm övladlarını qaytardıq, həm də onlar qədər oğullar və nəvələr bəxş etdik ki, bu, Bizim tərəfimizdən onun üçün bir mərhəmət və səbir etdiyinə görə bir mükafat olsun, üstəlik, sağlam ağıl sahibləri də düşünsünlər ki, səbrin axırı sevinc və mükafatdır.