Muxtəsər təfsir
ٱللَّهُ نَزَّلَ أَحْسَنَ ٱلْحَدِيثِ كِتَـٰبًا مُّتَشَـٰبِهًا مَّثَانِىَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ ﴿٢٣﴾
Allah Sözün ən gözəlini – doğruluq, gözəllik, uyğunluq və ziddiyyətdən kənar olmaq baxımından ayələri bir-birinə bənzəyən və içindəki hekayələri və əhkamları, habelə, vədləri və təhdidləri, həmçinin, haqq əhlinin sifətləri və batil əhlinin sifətləri və s. təkrarlanan Quran nazil etdi. Rəbbindən qorxanlar bu kitabdakı vədləri və təhdidləri eşitdikdə, ondan dəriləri ürpəşər. Daha sonra Allahı zikr etməklə xoş sözləri və müjdələri eşitdikdə isə, dəriləri və qəlbləri yumşalar. Qurandan deyilən bu sözlər və onun təsiri, Allahın hidayətidir. Allah onunla istədiyini doğru yola yönəldər. Allah kimi rüsvay edib doğru yola yönəltməzsə, ona yol göstərən tapılmaz.