×
الزمرAyə 43

Muxtəsər təfsir

أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا۟ لَا يَمْلِكُونَ شَيْـًٔا وَلَا يَعْقِلُونَ ﴿٤٣﴾

Müşriklər Allahı qoyub bütlərin onlara fayda verəcəyinə ümid edərək onları şəfaətçi qəbul etdilər. Ey Peyğəmbər, onlara de: "O bütlər nə sizin üçün, nə də özləri üçün bir şeyə malik olduğu, özləri də lal, kar və kor, üstəlik də, nə fayda, nə də zərər verən daşlar olduğu halda, siz yenədəmi onları özünüzə şəfaətçi qəbul etdiniz?!”