Muxtəsər təfsir
فَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَـٰهُ نِعْمَةً مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍۭ ۚ بَلْ هِىَ فِتْنَةٌ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٤٩﴾
Kafir insana bir xəstəlik, yaxud kasıblıq və ya buna bənzər bir bəla üz verdiyi zaman, Bizə dua edər ki, o bəlanı ondan uzaq edək. Sonra Biz o kafirə Özümüzdən bir nemət - sağlamlıq, yaxud mal-dövlət verdikdə isə deyər: “Mən bu nemətə layiq olduğum üçün Allah onu mənə əta edib”. Doğrusu, bu, bir sınaq və tədricən həlak olmaqdır, lakin kafirlərin çoxu bunu bilmir və Allahın onlara verdiyi nemətlərə aldanırlar.