Muxtəsər təfsir
فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ ۚ وَٱلَّذِينَ ظَلَمُوا۟ مِنْ هَـٰٓؤُلَآءِ سَيُصِيبُهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَمَا هُم بِمُعْجِزِينَ ﴿٥١﴾
Onlar şərik qoşmaq və asilik etmək kimi pis əməllərinin cəzasını aldılar. Habelə, hazırkı gün şirk və asilik etməklə özlərinə zülm edən bu kimsələr də, qazandıqları günahların cəzasını əvvəlkilər tək alacaqlar. Onlar nə Allahdan yaxa qurtara biləcək, nə də Ona qalib gələ biləcəklər.