Muxtəsər təfsir
وَأَشْرَقَتِ ٱلْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلْكِتَـٰبُ وَجِا۟ىٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ ﴿٦٩﴾
Qüdrətli Rəbb Öz qulları arasında hökm vermək üçün gəldiyi zaman yer işıqlanacaq, insanların əməlləri yazılmış səhifələr üzə çıxacaq, peyğəmbərlər və Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümməti gətiriləcək ki, peyğəmbərlər öz qövmlərinə şahidlik etsinlər. Allah onların arasında ədalətlə hökm veriləcək və o gün onlara zülm edilməyəcək, heç kəsin nə günahı üstə günah artırılar, nə də savabından bir savab azalar.