×
الزمرAyə 8

Muxtəsər təfsir

وَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ضُرٌّ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعْمَةً مِّنْهُ نَسِىَ مَا كَانَ يَدْعُوٓا۟ إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِۦ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَـٰبِ ٱلنَّارِ ﴿٨﴾

Kafir kimsəyə bir zərər toxun­duq­da - xəstələndikdə, yaxud malını itirdikdə, yaxud da suda batmqa qorxusu olduqda, pak və müqəddəs Rəb­binə üz tutub təkcə Ona yalvararaq bu bəlanı ondan sovuşdurmasını diləyir. Sonra Allah ona nemət bəxş etdikdə - yəni, ona üz vermiş bəlanı ondan uzaqlaşdırdıqda, o,bəla gəldiyi vaxt yalvardı­ğı Allahı unu­dur və başqalarını Allahın yolundan azdırmaq üçün Allahı qoyub Ondan başqa ibadət ediləcək şə­rik­lər qəbul edir. Ey Peyğəmbər, bu şirkə yol verən kimsələrə de: “Ömrünün qalan hissəsini küf­­r etməklə keçin, bu, az bir zamandır. Şübhəsiz ki, qiyamət günü sən, - dost dostunun yanında olduğu kimi, - Cəhənnəm atəşi içində onun sakinlərindən olacaqsan!”