Muxtəsər təfsir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَآءً ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِى تَسَآءَلُونَ بِهِۦ وَٱلْأَرْحَامَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا ﴿١﴾
Ey insanlar! Sizi tək bir candan, atanız Adəmdən xəlq edən, Adəmdən zövcəsini, sizin ananız Həvvanı yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən: "Səndən Allah üçün bu işi etməyini istəyirəm"- deyərək müxtəlif şeylər istədiyiniz Allahdan və aranızı birləşdirən qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. Əməllərinizdən Allaha heç bir şey gizli qalmaz, əksinə Allah əməllərinizi sayıb, müqabilini verəcəkdir.