Muxtəsər təfsir
يُوصِيكُمُ ٱللَّهُ فِىٓ أَوْلَـٰدِكُمْ ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ ۚ فَإِن كُنَّ نِسَآءً فَوْقَ ٱثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ ۖ وَإِن كَانَتْ وَٰحِدَةً فَلَهَا ٱلنِّصْفُ ۚ وَلِأَبَوَيْهِ لِكُلِّ وَٰحِدٍ مِّنْهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٌ ۚ فَإِن لَّمْ يَكُن لَّهُۥ وَلَدٌ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُ ۚ فَإِن كَانَ لَهُۥٓ إِخْوَةٌ فَلِأُمِّهِ ٱلسُّدُسُ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍ يُوصِى بِهَآ أَوْ دَيْنٍ ۗ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًا ۚ فَرِيضَةً مِّنَ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا ﴿١١﴾
Allah sizdən övladlarınızın miras payı barədə sizdən əhd alaraq əmr edir ki, miras onların arasında bir kişiyə iki qadının payı qədər pay verilərək bölünməlidir. Əgər ölən şəxsin oğlu yoxdursa və övladlar iki və ya ikidən artıq sayda qadındırsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Ölənin istər kişi istər qadın övladı olduğu təqdirdə, onun ata-anasının hər birinə, qoyub getdiyi malın altıda bir hissəsi çatır. Əgər onun istər kişi istər qadın övladı yoxdursa, varisi də ancaq ata-anasıdırsa, onun anasına mirasının üçdə bir hissəsi, mirasın qalan hissəsi isə atasına çatır. Əgər ölənin iki və ya daha çox, doğma və ya ögey qardaşları və ya bacıları varsa, onun anasına fərz olaraq mirasın altıda bir hissəsi, mirasın qalan bütün hissəsi isə atanın payına çatır. Bu zaman qardaşların mirasdan payı yoxdur. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır. Lakin bu vəsiyyətə, malın üçdə birinidən artıq olmaması şərti ilə əməl olunur. Valideynlərinizdən və övladlarınızdan hansının dünya və axirətdə fayda baxımından sizə daha yaxın olduğunu bilmədiyiniz üçün uca Allah miras bölgüsünü bu qayda üzərində etmişdir. Bəzən ölən şəxs varislərdən bəzisinin ona daha yaxın olduğunu zənn edib, malının hamısın ona bağışlayır yaxud başqa bir varisinin ona uzaq olduğunu zənn edib, onu miras payından məhrum edir, amma hal-vəziyyət həqiqətdə isə tam əksinədir. Bunların hanısından xəbəri olan, Ona heç bir şeyi gizli qalmayan yalnız tək Allahdır. Elə məhz bu baxımdan da Allah mirası varislər arasında yuxarıda qeyd edildiyi qayda üzrə Özü bölmüş və bu bölgünü qullarına fərz buyurmuş. Həqiqətən, Allah hər şeyi biləndir, qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz, şəri hökmlərində və idarə etməsində hikmət sahibidir.