Muxtəsər təfsir
وَمَن يَعْمَلْ سُوٓءًا أَوْ يَظْلِمْ نَفْسَهُۥ ثُمَّ يَسْتَغْفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورًا رَّحِيمًا ﴿١١٠﴾
Kim pis bir iş görər, yaxud günah edərək öz nəfsinə zülm edər, sonra günahı tərk edib, etdiyi əmələ peşmançılıq çəkib və günahını etiraf edib Allahdan bağışlanma diləyərsə, Allahın daima günahını bağışlayan və ona qarşı rəhmli olduğunu görər.