Muxtəsər təfsir
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٌ مِّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِن شَىْءٍ ۚ وَأَنزَلَ ٱللَّهُ عَلَيْكَ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُن تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ ٱللَّهِ عَلَيْكَ عَظِيمًا ﴿١١٣﴾
Ey Peyğəmbər! Əgər Allah səni qorumaqla sənə lütf göstərməsəydi, əlbəttə, öz nəfslərinə xəyanət edənlərdən bir camaat səni haqq yoldan azdırıb, batillə hökm verməyini istəyəcəkdi. Halbuki əslində onlar yalnız özlərini aldadırlar. Belə ki, haqq yoldan azdırmaq üçün etdikləri günahın əzabı onların özlərinə qayıdacaqdır. Allah səni qoruduğu üçün onlar sənə bir zərər toxundura bilməzlər. Allah sənə Quranı və sünnəni nazil etdi və sənə bundan əvvəl bilmədiyin doğru yolu və nuru öyrətdi. Allahın sənə peyğəmbərlik bəxş etməsi və səni qoruması kimi sənə olan lütfü böyükdür.