Muxtəsər təfsir
مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۚ وَكَانَ ٱللَّهُ سَمِيعًۢا بَصِيرًا ﴿١٣٤﴾
Ey insanlar! Sizdən kim əməli ilə yalnız dünya mükafatını istərsə, qoy o, bilsin ki, həqiqətən, dünyanın da, axirətin də mükafatı Allah yanındadır. Elə isə o, dünya və axirət mükafatını Allahdan diləsin. Allah sizin dediyiniz sözləri eşidəndir, əməllərinizi görəndir və O, əməllərinizin əvəzini sizə verəcəkdir.