×
النساءAyə 147

Muxtəsər təfsir

مَّا يَفْعَلُ ٱللَّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَءَامَنتُمْ ۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمًا ﴿١٤٧﴾

Əgər Allaha şükür edib Ona iman gə­­tir­sə­niz, Allahın sizə əzab versinə heç bir ehtiyacı yoxdur, O, yaxşılıq edəndir, rəhmlidir! Allah sizə yalnız günahlarınız üzündən əzab verər. Əgər əməlinizi düzəltsəniz, sizə bəxş etdiyi nemətlərinə şükür edib, Allaha aşkarda və gizlində iman etsəniz O, sizə heç vaxt əzab verməz. Allah, Onun nemətlərini etiraf edən kimsəyə çoxlu savab bəxş edər və ona şükrün əvəzini verər. Allah məxluqatın imanını bi­lən­dir və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir