Muxtəsər təfsir
وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا ٱلْمَسِيحَ عِيسَى ٱبْنَ مَرْيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـٰكِن شُبِّهَ لَهُمْ ۚ وَإِنَّ ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ لَفِى شَكٍّ مِّنْهُ ۚ مَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّ ۚ وَمَا قَتَلُوهُ يَقِينًۢا ﴿١٥٧﴾
Biz bir də onların fəxr edərək yalandan: "Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar etdik. Halbuki onu, idda etdikləri kimi nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlar, Allah İsanın - aleyhissəlam - oxşarlığını verdiyi bir kişini öldürüb, çarmıxa çəkdilər və beləliklə də öldürülənin İsa - aleyhissəlam - olduğunu zənn etdilər. İsanı öldürdüklərini iddia edən yəhudilərin və İsanı onlara təslim edən nəsranilərin hər ikisi də onun ölmü barəsində çaşqınlıq və şəkk-şübhə içindədirlər. Bu haqda onların heç bir bilgisi yoxdur. Onlar yalnız zənnə qapanırlar. Zənn isə əsla həqiqət ola bilməz. Onlar əsla İsanı öldürdürmədilər və onu asmadılar.