Muxtəsər təfsir
إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ ۖ وَإِن تَكُ حَسَنَةً يُضَـٰعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا ﴿٤٠﴾
Şübhəsiz ki, Uca Allah ədalətlidir, qullarına haqsızlıq etməz, onların gördüyü yaxşı əməllərindən kiçik qarışqa miqdarı qədər də olsa belə savablarını naqis etməz, günahlarının üstünə qünah artırmaz, əgər onların zərrə qədər yaxşı əməlləri olarsa, Allah Öz lütfü ilə onun savabını qat-qat artırar və bununla yanaşı bu əməl sahibinə Öz tərəfindən böyük mükafat verər.