×
النساءAyə 43

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَـٰرَىٰ حَتَّىٰ تَعْلَمُوا۟ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِى سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَـٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءً فَتَيَمَّمُوا۟ صَعِيدًا طَيِّبًا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا ﴿٤٣﴾

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sər­xoş halda ikən, sərxoşluqdan ayılıb nə dediyinizi anla­ya­na qə­dər - bu hökm, şərab haram edilməzdən əvvəl idi -, eləcə də, cunub olduğunuz halda nama­za yaxın­ durmayın. Məsciddə oturmadan oradan keçmək müstəsna olmaqla qüsl edənə­dək cunub olduğunuz halda məscidlərə daxil olmayın. Əgər xəstə olduğunuza görə sudan istifadə edə bilməsəniz və ya səfərdə olsanız, yaxud sizlər­dən biri ayaq yolun­dan gəlibsə və ya qadın­lar­la yaxın­lıq etmişsinizsə, su tap­ma­sa­nız, təmiz tor­paqla təyəm­müm edin, üzünüzə və əllə­ri­nizə sür­tün! Hə­qi­qətən, Allah bacarmadığınız şeyləri əfv edən­­dir, sizə qarşı bağış­la­yan­dır.