×
النساءAyə 45

Muxtəsər təfsir

وَٱللَّهُ أَعْلَمُ بِأَعْدَآئِكُمْ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَلِيًّا وَكَفَىٰ بِٱللَّهِ نَصِيرًا ﴿٤٥﴾

Ey Möminlər! İzzət və Cəlal sahib olan Allah sizin düşmənləri­nizi sizdən daha yaxşı tanıyır, Allah sizə onlar barədə xəbər vermiş və onların sizə qarşı bəslədikləri düşmənçiliyi bəyan etmişdir. Himayədar ola­raq Allah yetər və sizi onların şərindən hifz edər! Yardımçı olaraq Allah yetər, sizi onların hiylələrindən və əziyyətlərindən qoruyar və onlara qarşı sizə kömək edər!