Muxtəsər təfsir
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُزَكُّونَ أَنفُسَهُم ۚ بَلِ ٱللَّهُ يُزَكِّى مَن يَشَآءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا ﴿٤٩﴾
Ey Peyğəmbər! Özlərini və əməllərini təmizə çıxarıb, özlərini tərif edənləri görmürsənmi?! Xeyr! Tək Allahdır qullarından istədiyini təmizə çıxaran, tərifləyən. Çünki qəlblərdə qizli qalanı bilən Odur. Onlara xurma çərdəyindəki lif qədər də olsa belə əməllərinin savabları naqis edilərək haqsızlıq edilməz.