Muxtəsər təfsir
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيْتَ ٱلْمُنَـٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًا ﴿٦١﴾
Ey Peyğəmbər! Bu münafiqlərə: "Mübahisə etdiyiniz işlərdə aranızda hökm vermək üçün, Allah Öz kitabında nazil etdiyi hökmə və Rəsuluna tərəf gəlin!"– deyildikdə, onların səndən tamamilə üz çevirib, öz aralarında səndən başqasını hakim təyin etdiklərini görərsən.