Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ خُذُوا۟ حِذْرَكُمْ فَٱنفِرُوا۟ ثُبَاتٍ أَوِ ٱنفِرُوا۟ جَمِيعًا ﴿٧١﴾
Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Düşmənlərinizlə döyüşmək üçün sizə yardım edən səbəblərdən yapışmaqla ehtiyatınızı əldən verməyin və düşmənə qarşı ya cammat-cammat halında, ya da hamınız birgə çıxın, bunlar hamısı sizin mənfəətiniz və düşməninizə sarsıdıcı əzab verməniz üçündür!