×
غافرAyə 10

Muxtəsər təfsir

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنَادَوْنَ لَمَقْتُ ٱللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى ٱلْإِيمَـٰنِ فَتَكْفُرُونَ ﴿١٠﴾

Allaha və Onun peyğəmbərlərinə küfr edənlər qiyamət günü Cəhənnəmə daxil olduqda və özlərinə nifrət edib lənət oxuduqda, onlara belə xitab olu­nacaq: “Allahın sizə olan nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyükdür. Çünki siz dünyada ikən Allaha iman gətirməyə dəvət olunduqda, Ona küfr edir və Onunla yanaşı başqa tanrıları ilah qəbul edirdiniz.”