Muxtəsər təfsir
هُوَ ٱلَّذِى يُرِيكُمْ ءَايَـٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزْقًا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ﴿١٣﴾
Öz qüdrətini və vəhdaniyyətini sizə bildirmək üçün kainatda və sizin özünüzdə sizə Öz dəlillərini göstərən, habelə, bitkilərdən, əkinlərdən və sairədən ruzi əldə etməyiniz üçün göydən sizə yağmur endirən məhz Allahdır. Allahın dəlillərindən yalnız ixlasla Allaha tövbə edərək Ona tərəf yönələn kimsələr ibrət alarlar!