Muxtəsər təfsir
يَـٰقَوْمِ إِنَّمَا هَـٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا مَتَـٰعٌ وَإِنَّ ٱلْـَٔاخِرَةَ هِىَ دَارُ ٱلْقَرَارِ ﴿٣٩﴾
Ey qövmüm! Bu dünya həyatı ancaq keçici ləzzətlərdən ibarətdir. Elə isə oradakı fani şeylər sizi aldatmasın. Əbədi və tükənməz nemətlərlə dolu axirət yurdu isə qərar tutulacaq əbədi yurddur. Allaha itaət etməklə o yurda yiyələnməyə çalışın və sizi axirət üçün yaxşı işlər görməkdən yayındıran dünya həyatınızla məşğul olmaqdan çəkinin.