×
غافرAyə 46

Muxtəsər təfsir

ٱلنَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ أَدْخِلُوٓا۟ ءَالَ فِرْعَوْنَ أَشَدَّ ٱلْعَذَابِ ﴿٤٦﴾

Onlar öldükdən sonra (qiyamətədək) qəbirlərində, gündüzün əvvəlində və axırında odda yandırılarlar. Qiyamət qopacağı gün isə belə deyiləcəkdir: "Firona tabe olanlar küfr etdiklərinə, haqqı yalan saydıqlarına və Allahın yolundan sapdılarına görə, onları ən şiddətli və ən böyük əzaba salın!"