Muxtəsər təfsir
قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُلٌّ فِيهَآ إِنَّ ٱللَّهَ قَدْ حَكَمَ بَيْنَ ٱلْعِبَادِ ﴿٤٨﴾
Təkəbbürlü başçılar deyəcəklər: “Biz, - istər başçı, istərsə də tabe olanlar olsun, - hamımız odun içindəyik və aramızdan heç kəs heç kəsin əzabının bir hissəsini öz üzərinə götürə bilməz. Allah artıq Öz qulları arasında hökm vermiş və hər kəs də layiq olan cəzanı almışdır”.