Muxtəsər təfsir
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَٱلْأَحْزَابُ مِنۢ بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍۭ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَـٰدَلُوا۟ بِٱلْبَـٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ ﴿٥﴾
Bunlardan əvvəl Nuh qövmü, ondan sonra da başqa toplumlar - Ad, Səmud və Lut tayfaları, Mədyən əhli və Firon, elçiləri yalançı saymış, hər bir ümmət öz peyğəmbərlərini tutub öldürməyə cəhd göstərmiş və haqqı yox etmək üçün öz batil sözləri ilə mübahisə etmişdilər. Buna gör də, Mən o ümmətlərin hamısını yaxaladım. Bir düşün, Mənim onlara verdiyim cəzam necə oldu! Bu, şiddətli bir cəza idi.