Muxtəsər təfsir
قَالُوٓا۟ أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُم بِٱلْبَيِّنَـٰتِ ۖ قَالُوا۟ بَلَىٰ ۚ قَالُوا۟ فَٱدْعُوا۟ ۗ وَمَا دُعَـٰٓؤُا۟ ٱلْكَـٰفِرِينَ إِلَّا فِى ضَلَـٰلٍ ﴿٥٠﴾
Cəhənnəm gözətçiləri kafirlərə cavab verərək deyəcəklər: “Məgər elçiləriniz sizə açıq-aydın dəlil-sübutlar gətirməmişdilər?” Kafirlər: “Əlbəttə, onlar bizə açıq-aydın dəlil-sübutlar gətirmişdilər!”– deyə cavab verəcəklər. O zaman gözətçilər onlara hökm edib deyəcəklər: “Elə isə özünüz dua edin! Biz kafirlər üçün şəfaətçilik edən deyilik”. Kafirlərin duası isə əbəs və boş şeydir. Çünki onların küfr etməsindən dolayı duaları qəbul olan deyildir.