×
غافرAyə 52

Muxtəsər təfsir

يَوْمَ لَا يَنفَعُ ٱلظَّـٰلِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ ﴿٥٢﴾

O gün, (dünyada) küfr və asilik etməklə özlərinə zülm etmiş kimsələrə zülmlərinə görə üzr di­lə­mələri heç bir fayda verməyəcək­. Həmin gün onları həm Allahın rəhmətindən qovulmaq, həm də ağrılı-acılı əzaba düçar olacaqları pis yurd gözləyir.