×
غافرAyə 58

Muxtəsər təfsir

وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَلَا ٱلْمُسِىٓءُ ۚ قَلِيلًا مَّا تَتَذَكَّرُونَ ﴿٥٨﴾

Korla görən eyni deyil. Həmçinin, Allaha iman gəti­rən, Onun elçilərini təsdiqləyən və yaxşı iş­lər görənlərlə batil etiqada dalmaq və asilik etməklə pis iş görən kimsə eyni de­yil. Necə də az düşünürsünüz. Əgər düşünsəydiniz, bu iki dəstə arasındakı fərqi anlayar və Allahın rizasını qazanmaq üçün, iman gətirib yaxşı işlər görən kimsələrdən olmağa səy göstərərdiniz.