Muxtəsər təfsir
وَقَالَ رَبُّكُمُ ٱدْعُونِىٓ أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِى سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ ﴿٦٠﴾
Rəbbiniz buyurdu: “Ey insanlar, yalnız Mənə ibadət edin və yalnız Mənə dua edin, Mən də sizin duanızı qəbul edim və sizə rəhm edim. Həqiqətən, yalnız Mənə ibadət etməyə təkəbbür göstərənlər qiyamət günü Cəhənnəmə zəlil və alçalmış vəziyyətdə girəcəklər”.